Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanadadan İranla bağlı qərar: 10 min SEPAH üzvü...

Kanadadan İranla bağlı qərar: 10 min SEPAH üzvü...

Tarix: 8 Oktyabr 2022 12:46

Kanada SEPAH-a qarşı sanksiya paketi hazırlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trudo jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni qərara əsasən 10 min SEPAH üzvünün Kanadaya girişinə birdəfəlik qadağa qoyulub:

"Bu qərar İran hakimiyyətinin yüksək səviyyəli rəsmilərinə də aid edilir. Biz bu rejimi devirmək üçün əlimizdə olan ən güclü vasitələrdən istifadə edirik. İmmiqrasiya və Qaçqınların Müdafiəsi Aktındakı, rejimlərin müharibə cinayətləri və ya soyqırım törətməsinə qarşı hazırlanan maddələr bu qərarın icrası üçün istifadə ediləcək".

Milli.Az


Etiketlər:  Kanadadan İranla bağlı qərar 10 min SEPAH üzvü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ