Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2022 02:16
Dünyanın ən uzun (12,8 metr) dırnaq sahibi kimi Ginnesin Rekordlar Kitabına düşən ABŞ-ın Minnesota ştatının sakini gündəlik çətinliklərdən və məhdudiyyətlərdən danışıb.
Sonxeber.net bildirir ki, onun sözlərini "Daily Mail" sitat gətirib.
64 yaşlı Diana Armstronq 1997-ci ildə dırnaqlarını uzatmağa başlayıb. Qadının sözlərinə görə, o vaxta qədər 16 yaşlı qızı hər həftə sonu manikürünü edib, lakin növbəti astma tutmasından sonra övladı dünyasını dəyişib. Bundan sonra Armstronq dırnaqlarını kəsməyi tamamilə dayandırıb.
Vaxt keçdikcə rekordçu bütün diqqətini dırnaqlarını böyütməyə yönəltmək üçün işini tamamilə tərk edib. Bu, şöhrətdən əlavə, ona bir çox problem gətirib. Məsələn, Armstronq dırnaqları avtomobilə sığmadığı üçün sürücülükdən imtina etməli olub. Onun üçün düymələri açmaq çətindir və ictimai tualetdə o, yalnız ən geniş kabinə girə bilər.
Armstronq şikayət edib ki, dırnaqlarını rəngləmək üçün ən azı dörd saat və 15 flakon lak lazımdır. Bəzən o, hələ də dırnaqlarının uclarını kəsməli olur və bu, dülgərin köməyini tələb edir. "Düşünürəm ki, qızım mənimlə fəxr edəcək, çünki manikürümü sonuncu edən o idi. Dırnaqlarımı uzadarkən düşündüyüm tək şey qızımdır", - Armstronq izah edib.
İrfan Vəliyev