Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO)

İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO)

Tarix: 2 Oktyabr 2019 07:42

Bakı. Trend:

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində “Asiya regionunda nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində ağıllı nəqliyyat texnologiyalarından istifadə üzrə potensialın artırılması” mövzusunda regional seminar işə başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, seminar BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), eləcə də Asiya İnkişaf Bankı ilə birgə təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində bilik və təcrübə mübadiləsi, risk faktorlarının qarşısının alınması üçün təhlilin aparılması, vacib operativ tədbirlərin görülməsi üzrə müzakirələrin təşkilidir.

İki gün davam edəcək tədbir ölkəmizin müvafiq qurumlarının, region ölkələrinin (Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Əfqanıstan, Özbəkistan), UNESCAP katibliyinin, eləcə də ABŞ və Koreya ekspertlərinin iştirakı ilə keçirilir.

Seminarı giriş nitqi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Şahin İsmayılov, UNESCAP-ın nümayəndəsi Çanqju Li və Asiya İnkişaf Bankının təmsilçisi Ki Jun Kim açıb.

Sonra “ITS Russia” təşkilatının baş icraçı direktoru Vladimir Kruçkov intellektual nəqliyyat sistemləri barədə təqdimatla çıxış edib.

“Smart Mobility” şirkətinin direktoru Endru Bevan “İntellektual nəqliyyat sistemləri sahəsində yeni inkişaf: texnologiyalar və tətbiqlər” mövzusunda təqdimatını iştirakçıların diqqətinə çatdırıb.

Sonra Asiya regionunda nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində “ağıllı” nəqliyyat texnologiyalarından istifadə üzrə potensialın artırılmasına dair müzakirələr aparılıb, məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.

Tədbir region ölkələrinin nümayəndələrinin təqdimatları ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görmək olan “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının əsas icraçı qurumlarından biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO) İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir (FOTO)


Etiketlər:  İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ