Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mercedes'' yanaraq külə döndü (VİDEO)

''Mercedes'' yanaraq külə döndü (VİDEO)

Tarix: 2 Oktyabr 2019 11:18

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şəkidə "Mercedes" markalı avtomobil yanıb.

Trend-in məlumatına görə, hadisə Balakən-Yevlax yolunun Şəki rayon Kiçik Dəhnə kəndinə düşən ərazisində baş verib.

"Mercedes" markalı avtomobilin mühərrik hissəsində baş verən yanğın bir anda bütün avtomobili bürüyüb. Avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunublar. Yanğın söndürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mercedes yanaraq külə döndü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ