Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 13:20
Türkiyəli tanınmış aktrisa Cemre Baysel ilə həmkar sevgilisi Aytaç Şaşmazın ayrıldığı iddia olunub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ikili "Instagram" hesablarında bir-birini izləmədən çıxardıb və birlikdə çəkdirdikləri şəkilləri silib.
Tərəflər məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, ikili keçən il "Kanal D"də yayımlanan "Baht oyunu" serialında tanış olmuşdular. Onlar izləyicilər tərəfindən çox sevilir və məşhurlar arasında örnək göstərilən cütlük idi.