Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 13:36
"Həmin vaxt yatmışdım. Öz evimizdə deyildim. Gecə bir anlıq anamın səsi qulağıma gəldi".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri 2020-ci il, oktyabrın 11-də Gəncə şəhərinin bombalanması zamanı ata və anasını itirən 10 yaşlı Hüseyn Əliyev deyib.
H.Əliyev bildirib ki, həmin gecə evlərində qalmadığı üçün ana-atasını görməyib, onları soruşanda da yaxşı olduqlarını deyiblər:
"Soruşdum anam gəlib? Dedilər, yox. Gördüm, hamı ağlayır. Dedim, niyə ağlayırsınız? Atama-anama nə isə olub? Dedilər, anan yaxşıdır, atanın qolu sınıb. Tam 11 gün sonra bildim ki, valideynlərim şəhid olub. İndi dağılan evimizi görəndə pis oluram. Atam, anam üçün çox darıxıram".
"2 ildən sonra öz yaşadığım evə gəlirəm. Məktəb dəftərimi tapdım. Həmin dəftərdə bayraq çəkmişəm, Vətən yazmışam".
Xatırladaq ki, 2020-ci ilin 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror zamanı Hüseynin atası Anar və anası Nurçin Əliyevlər şəhid olub.