Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda peşə təhsilinə maraq artır - VİDEO

Azərbaycanda peşə təhsilinə maraq artır - VİDEO

Tarix: 11 Oktyabr 2022 19:24

Peşə təhsili almaq istəyən gənclərin sayı günün-gündən artır. Əgər əvvəllər sadəcə orta məktəbi bitirdikdən sonra peşə məktəblərinə gedənlər var idisə, indi hətta bəzi ali təhsilli gənclər də ikinci təhsil kimi peşə təhsili müəssisələrinə axın edirlər. Bəs görəsən buna səbəb nədir?

Universitet  bitirib indi isə peşə təhsili alır.

Adətən, peşə təhsili alan tələbələr sonrada ikinci təhsil kimi universitetlərə yönəlirlər.Bu dəfə  tərsinə oldu..

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,Nurlana Qurbanlı Texniki Universiteti bitirdikdən sonra Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzini seçib. Nurlana deyir ki, peşə təhsili almağa yönəlməsinə səbəb oxuduğu ixtisası üzrə iş tapa bilməməsi olub.

Müsahibimiz deyir ki, peşə məktəblərinin təhsilləri heç də ali məktəblərdən geri qalmır.

Nurlana Qurbanlı hazırda əməliyyatçı-mühasib ixtisası üzrə təhsil alır...Deyir ki, qısa müddət ərzində ixtisası ilə bağlı çox şey öyrənib.

Peşə Təhsili Mərkəzinin müəllimi Röya Seyfəliyevanın sözlərinə görə ikinci təhsilini peşə yönümlü seçən ali təhsilli tələbələrin sayı günü-gündən artır.

Peşə təhsili mərkəzlərinin uğurlu məzunları əmək bazarında özlərinə rahatlıqla iş tapa bilirlər.

Milli.Az


Etiketlər:  Azərbaycanda peşə təhsilinə maraq artır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ