Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2022 08:51
Böyük Britaniya hökuməti Ukraynaya ABŞ istehsalı olan NASAMS zenit-raket kompleksləri üçün raketlər verəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ABŞ ilin sonunadək Ukraynaya 2 NASAMS tədarük edəcək. Növbəti 6 kompleks isə gələn il çatdırılacaq. London isə Ukraynaya əlavə 18 haubitsa yollayacaq.
Rusiya ordusunun Ukraynanın enerji şəbəkəsinə zərbəsindən sonra Birləşmiş Krallıq Kiyevə NASAMS sistemləri üçün raket tədarük etməyi qərara alıb.