Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2022 23:06
Separatçılar etiraf edir ki, Qarabağda Azərbaycan Ordusu ilə üz-üzə dayandıqları əraziləri tamamilə minalayıblar. Bu bir daha təsdiq edir ki, Xankəndidəki separatçı-terrorçu rejim Azərbaycanın hakimiyyətini sona qədər qəbul etməməyə çalışacaq və erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsi perspektivinin qarşısını alacaqlar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
"Bunun qarşısını almaq üçün ilk növbədə üçtərəfli razılaşmanın 4-cü bəndi icra edilməli - erməni qoşunlar Azərbaycan ərazisindən çıxarılmalı, qondarma "müdafiə ordusu" ləğv edilməlidir. Qarabağda yaşayan ermənilərlə qeyri-formal əlaqələr də yalnız bu halda effektli ola bilər".