Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2022 23:44
"PnB Rock" ləqəbi ilə tanınan amerikalı repçi Rakim Allen Los-Ancelesdəki restoranların birində baş verən oğurluq hadisəsi zamanı öldürülüb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, restorana silahla basqın edən şəxs ifaçını hədələyib. Eyni zamanda, quldurun məqsədi "PnB Rock"un zinət əşyaları olub.
Nəticədə naməlum şəxs repçini gülləliyərək yan qapıdan içəri keçib. Daha sonra o, avtomobili ilə dayanacaqdan çıxıb.
İfaçı güllə yarası ilə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qeyd edək ki, "PnB Rock" 2015-ci ildə məşhurlaşıb. Billboard jurnalı tərəfindən nəşr olunan ABŞ-da yüz ən məşhur trek siyahısında 51-ci yeri tutan "Eqoist" mahnısı ona şöhrət gətirib.