Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada səhiyyə böhranı baş verə bilər

Ukraynada səhiyyə böhranı baş verə bilər

Tarix: 15 Oktyabr 2022 08:39

Aşağı temperatur bu qışda Ukraynada respirator xəstəliklərin, soyuqlama və donvurmaların kəskin artmasına səbəb ola bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Ukrayna hökumətinin statistikasına görə, müharibə başlayandan 800 mindən çox ev dağılıb və 10 minlərlə adam qaçqın düşərgələrində yaşayır. Onların soyuqdan qorunmağa şəraiti yoxdur.

"Çox sayda ukraynalı tez-tez yerdəyişmə edir, qeyri-standart, istilik olmayan tikililərdə yaşayır. Bu da donvurma, soyuqlama, pnevmoniya və insultla nəticələnə bilər" - deyə ÜST-nin Avropa bürosunun rəhbəri Hans Kluqe bildirib.

ÜST hesablamasına görə, Ukraynada 620 tibb müəssisəsi hücuma məruz qalıb və nəticədə əhali üçün tibb xidmətinin əlçatanlığı azalıb.

Qurum bildirir ki, havalar kəskin soyuyacağı təqdirdə ölkədə səhiyyə böhranı baş verə bilər.

Milli.Az


Etiketlər:  Ukraynada səhiyyə böhranı baş verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ