Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayan: "Qisasım bu cür insanları həyatımdan blok etməkdi" - VİDEO

Ayan:

Tarix: 15 Oktyabr 2022 14:30

"Anamın yaxşı sözü var - Allaha özünü kabab yeyən kimi tanıt ki, sənə onun ruzusunu versin. Hər gün səhər yuxudan oyananda, aynanın önünə keçib, deyirəm ki, sən çox gözəlsən, uğurlu qadınsan, güclü, sağlam, şanslı, çox varlı qadınsan. Bundan sonra da daha da varlı və xoşbəxt olacaqsan".  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "MTV maqazin" verilişinə müsahibəsində deyib.  

Sənətçi problemli dostlardan uzaq gəzdiyini bildirib: 

"Bahalı həyat yaşamaq üçün birinci ağıllı olmaq lazımdır. Heç kim səndən və hisslərindən istifadə etməməlidir. Sən əgər bu gün məntiqsiz və yalnız duyğularınla hərəkət edən insansansa, fərqi yoxdur kişi və ya qadın, sən batacaqsan, məhv olacaqsan. Mənim əgər bu gün yaxşı dostlarım, çevrəm varsa, yaxşı tərəfdən bəhrəsi olmalıdır. Yoxsa ancaq dostumun problemim varsa və məni öz problemi ilə özü ilə birlikdə bataqlığa çəkirsə, onu nə qədər çox istəsəm də, ondan uzaq düşəcəyəm. Deyəcəyəm ki, məni bağışla, amma mən özümü hamıdan çox istəyirəm. Sağ ol, sənə öz bataqlığında uğurlar".  

Ayan münasibətlərdə özünü qurban vermədiyini də açıqlayıb: 

"Mən sevən şəxs axtarışında deyiləm. "Məni hər kəs sevməlidir"in də axtarışında deyiləm. Önəmli olan dəyər verdiyim insanın mənə dəyər verməsidir. Dəyərli, sevdiyim, doğma insan əgər görsəm ki, hisslərimdən sui-istifadə edir, dərhal o insandan uzaqlaşacağam. Heç kimə özümə qurban verməmişəm.

Bundan sonra da elə bir niyyətim yoxdur. Ayan məni sevir, məndən ayrılmayacaq, səbr edəcək deyə, bir şey yoxdur. Ayan ümümiyyətlə belə qadın deyil. Mənim bir qisasım var, bu cür insanları həyatımdan blok etmək, uzaqlaşdırmaq və bir daha yaxınlaşdırmamaq". 
O, həmçinin heç kimə ikinci şans vermədiyini söyləyib.  

"Mən bir şəxslə dostluğumu bitirirəmsə və ya həyatımdakı bir insanla münasibətimi bitirirəmsə, ikinci dəfə onu həyatıma gətirmirəm. Bu, ən böyük səhvim olar. Çünki bir dəfə bağışlamışamsa, ikinci dəfə bunu etmək lazım deyil. Əgər kimsə bir səhvi növbəti dəfə təkrarlayırsa, o axmaqdır. Bir insan sənə zərər vurur, səndən uzaqlaşır, sənin həyatını, psixologiyanı, duyğularını, hisslərini məhv edirsə, sən o şəxsi ikinci dəfə həyatına necə gətirə bilərsən? Bu insan səni məhv edib getdi".  

Milli.Az


Etiketlər:  Ayan Qisasım bu cür insanları həyatımdan blok etməkdi VİDEO


RƏYLƏR