Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI - Gələn həftədən... - VİDEO

Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI - Gələn həftədən... - VİDEO

Tarix: 15 Oktyabr 2022 17:32

Oktyabrın 17-si saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Milli.Az xəbər verir ki, bu barədə XəzərXəbər-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, sentyabrın 5-də şagird yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Milli.Az


Etiketlər:  Elm Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI Gələn həftədən VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ