Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Almaniyadan nəyi xahiş edib?

Ukrayna Almaniyadan nəyi xahiş edib?

Tarix: 16 Oktyabr 2022 15:42

Ukrayna Almaniyadan Ukraynaya 200 ədəd Leopard 2 tankını təhvil verməyə imkan verəcək "Avropa tank alyansı" yaratmağı xahiş edir.

Milli.Az APA-ya istinadən bildirir ki, Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik bu barədə "Die Welt" nəşrinə müsahibəsində danışıb.

"Biz kansler Olaf Şolzdan Avropa tank alyansı yaratmağı xahiş edirik. Bir çox ölkədə 2000 ədəd Leopard 2 tankı var. Bu ölkələrin hər biri bunun təqribən 10%-ni Ukraynaya köçürsə, biz işğal olunmuş əraziləri tez bir zamanda azad etmək üçün 200 və daha çox tankdan ibarət bütöv bir ordu yarada bilərik", - deyə Melnik bildirib.

Onun sözlərinə görə, zirehli texnikanın tədarükü Ukraynaya hərbi yardımın prioritet istiqamətlərindən biridir.

Milli.Az


Etiketlər:  Ukrayna Almaniyadan nəyi xahiş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ