Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2022 19:24
Azərbaycan qanunvericiliyində vətəndaşların sosial vəziyyəti nəzərə alınmaqla müəyyən güzəştlər nəzərdə tutulur.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, əmək müqaviləsi ilə çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən güzəştlərə əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirib.
Ekspert bildirib ki, fiziki şəxslərin muzdlu işdən əldə etdikləri gəlirlərinə Vergi Məcəlləsində göstərilən qaydada azadolma və güzəştlər tətbiq olunur. Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq olunur və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
N. Xəlilov, həmçinin qeyd edib ki, əmək müqaviləsi əsasında muzdla işləyən və güzəşt hüququna malik olub, lakin müvafiq təsdiqedici sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim edən fiziki şəxslərin güzəştləri fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır: "Həmin sənədlərin siyahısı Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli "Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı" adlı qərarında göstərilib. Hansı güzəştin edilməsi üçün hansı sənədlərin təsdiqedici sənəd hesab edilməsi həmin qərara əsasən müəyyən edilir. Şəxsin əməkhaqqından vergi hesablanarkən 400, 200,100 və 50 manatlıq güzəşt nəzərdə tutulub".