Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağsuda quyular və bulaqlar qurudu - səbəb nədir? - VİDEO

Ağsuda quyular və bulaqlar qurudu - səbəb nədir? - VİDEO

Tarix: 17 Oktyabr 2022 19:18

Ağsu rayonun zərqəva kənd sakinləri çarəsiz vəziyətdədilər. Çünki, kəndin içməli su kimi istifadə etdikləri bulaqlar quruyub. İndi onlar uzaq məsafədən qablarla su daşıyırlar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,kəndi su ilə təmin edən bulaqlar  quruyub. Sakinlər çarəsiz qalıb.

Onlar məcbur qalaraq uzaq məsafədən su daşımalı olurlar. Kimə baxırsan dərəli-təpəli yerlərdə əllərində qablarla su dalınca gedir.

Bura  Ağsu rayonunun ucqar kəndlərindən biri olan Zərqəva kəndidir. Sakinlər içməli suyu əldə etmək üçün xeyli əziyyət çəkirlər. Bir neçə ildir kənddə sakinləri su ilə təmin edən  bulaqlar quruyub. İndi onlar uzaq məsafədən su daşıyırlar.

Hazırda yağıntının olmamasına görə onlar piyada hərəkət edə bilirlər. Qarlı və soyuq havalarda işləri daha da çətinləşir.

Məsələ ilə əlaqədar kənd  İcra nümayəndəsinin Müavini Orxan Kamallı Xəzər Xəbərə bildirdi ki, Zərqəva kəndində  su problemi bir necə ildir ki, mövcuddur. Havaların isti keçməsi səbəbindən kənddə mövcud olan bulaqlardan 2-si tamamı ilə quruyub, birindən isə damcı- damcı su gəlir. Su problemi  ilə əlaqədar olaraq Rayon icra hakimiyətinə  və Azərsu ASC-yə müraciət edilib. Artıq lahiyələndirilmə işləri aparılıb. Yaxın vaxtlarda kənddə su məsələsi öz həlini tapacaq.

Milli.Az


Etiketlər:  Ağsuda quyular bulaqlar qurudu səbəb nədir VİDEO


RƏYLƏR