Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2022 19:40
"Tac" serialının ulduzu Emma Korrin London Film Festivalında "My Cop" filminin premyerasında içərisində qızıl balıq olan plastik torbaya bənzəyən mini paltarda görünərək qonaqları təəccübləndirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Vogue" nəşri məlumat yayıb.
"JW Anderson" dəb evinin geyimi 2023-cü ilin Yaz/Yay kolleksiyasında bu ilin sentyabrında Londonda keçirilən sərgidə nümayiş etdirilib.
Aktrisa zinət əşyası kimi "Cartier" sırğalarını taxıb.
Məlumata görə, imicin ideyası Korrinin stilisti Harri Lambertə məxsus olub.