Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 08:34
Braziliyada qubernatorluğa namizəd atəşə tutulub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, təxribatçılar siyasətçi və onun ətrafına atəş açıblar.
Hadisə San-Paulu şəhərinin cənub hissəsində baş verib.
Ölkənin hazırkı prezidentinin dəstəyini alan keçmiş nazir Tarçizio Qomez de Freitas gecəqondu bölgəsinə səfər etmək qərarına gəlib.
Polis və jurnalistlərin əhatəsində olan məmurlar peyda olanda naməlum şəxslər onlara atəş açıb. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Hücum edənlərdən biri öldürülüb.
Sabiq nazirin dəstəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.