Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 17:34
Bəzi valideyinlər dərsləri ikinci növbə olan övladlarının təhsildən geri qaldığını iddia edirlər.
Ölkədə yeni məktəb binaları tikilsə də, ikinövbəli təhsil sistemi hələ də mövcuddur. İşləyən valideynlər bildirirlər ki, hər tədris ili başlayanda övladlarının səhər növbəsində oxuması üçün məktəblərə müraciət edirlər. Onlar deyirlər ki, məktəbdən evə axşam qayıdan övladları yorğun olduğu üçün dərs öyrənə bilmirlər. Bu səbəbdən də əlavə pul ödəyərək onu repetitor yanına göndərməli olurlar.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov deyir ki, şagird sıxlığına görə ikinövbəli dərslər əsasən paytaxt Bakıda təşkil olunur. Buradakı 320 məktəbdən 290-ında dərslər ikinövbəlidir. Bu da şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsinə mane olur, dərsin keyfiyyətinə təsir edir.
Kamran Əsədovun sözlərinə görə, daha çox 3-8-ci siniflərdə ikinci növbə dərslər keçirilir. Sinif sayını artırmaqla bu problemi həll etmək olar.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, Bakıda və Abşeronda bu cür vəziyyətin yaranmasına səbəb şagird sıxlığıdır. Hətta bəzi məktəblərdə dərslər 3 növbəlidir. Lakin bunlar şagirdin hazırlığında heç bir rol oynamır.
Cəsarət Valehov qeyd edib, məktəblərdə daim şəraitə uyğun tənzimləmələr aparılır.