Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 19:35
Əməkdar artist Rühəngiz Musəvi ailəsindən söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində birinci yox, amma ikinci həyat yoldaşının "ər çörəyi"ni yediyini açıqlayıb.
"Birinci dəfə ailə həyatı quranda artıq tanınmış müğənni idim. Mən musiqiçi həyat yoldaşımdan daha çox pul qazanırdım. Mən öz qazandığım çörəyi yemişəm. Amma ikinci dəfə ailə qurduğum şəxsin çörəyini yemişəm. Ailə gözəl məfhumdur", - deyə R.Musəvi bildirib.