Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 21:22
Ermənistana yardım məsələsinə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasında baxılacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Hazırda KTMT Kollektiv Təhlükəsizlik Şurasının yaxın vaxtlarda növbədənkənar sessiyasının keçirilməsi məsələsi üzərində iş aparılır. Görüş zamanı üzv ölkələrin liderlərinin videokonfrans vasitəsilə KTMT-nin Ermənistandakı missiyasının işinin nəticələrini müzakirə edəcəkləri gözlənilir. Onlar KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsinə baxmalıdırlar. Bu mövzuda əlavə məlumat KTMT katibliyi vasitəsilə veriləcək", - Zaxarova bildirib.