Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2022 09:15
Rusiyalı pop müğənnisi Vitas (əsl adı - Vitali Qraçov) Moskadakı karaoke barında qaz balonundan istifadə etməklə dava salıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, zərərçəkmiş onun barəsində polisə şikayət edib.
Məlumata görə, oktyabrın 23-nə keçən gecə Vitas dostları ilə klubda istirahət edib. O, qonaqlardan birinin davranışını bəyənmədiyi üçün qəfildən həmin adamdan müəssisəni tərk etməsini istəyib. Lakin qonaq musiqiçiyə qulaq asmadıqda aralarında dava düşüb.
Hadisə zamanı Vitas qaz patronundan istifadə edib. Karaoke barın mühafizəsi müğənnini qovub. Digər şəxs isə gözün kimyəvi yanığı ilə xəstəxanaya aparılıb. O, federal nazirliyin əməkdaşı olub.