Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2022 11:48
Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan "Shahed" kamikadze-dronları ilə daha yaxşı mübarizə aparır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Ukrainskaya pravda" Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinə istinadən məlumat yayıb.
Həmçinin qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri bu dronlar vasitəsilə raket çatışmazlığını qarşılayır.
O da əlavə olunub ki, Rusiya "Shahed" dronlarından bütün Ukrayna ərazisini vurmaq üçün istifadə edir, lakin Ukrayna onlara qarşı daha yaxşı mübarizə aparır.
Vurğulanıb ki, buraxılmış kamikadze-dronların 85 faizinin zərərsizləşdirildiyi rəsmi olaraq təsdiqini tapıb.