Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 12:48
Bakı. Ayşəm Rüstəmova - Trend:
Azərbaycanda aqrar sektorun inkişafı üçün çox geniş perspektiv imkanlar var. Bu istiqamətdə hüquqi bazanın yaradılması olduqca vacib məsələlərdən biridir.
Bunu Trend-ə Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov deyib.
R.Orucovun sözlərinə görə, aqrar sektorda islahatların sürətli getməsi və daha da dərinləşməsi istehsal proseslərini stimullaşdırır:
“Qida təhlükəsizliyi ilə bağlı qəbul olunan Dövlət proqramı, ölkədə keyfiyyətli ərzaq məhsullarının istehsalı və istehlakçılara bunun düzgün çatdırılması istiqamətində atılan olduqca vacib addımdır. Əhalinin təmiz qidalarla təmin olunması əsas amillərdən biridir. Bu, ölkədə orqanik məhsulların inkişafını stimullaşdıracaq. Kənd təsərüfatı sahəsi mineral gübrələr və digər bu kimi kimyəvi vasitələrlə əlaqəli olduğu üçün keyfiyyətli məhsulların istehsalı prioritetdir".
Mütəxəssis bildirib ki, görülən tədbirlər ölkənin dayanıqlı və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına xidmət edir:
“Dövlət proqramı çox geniş bir sahəni əhatə edir. Bu, kənd təsərrüfatı sahəsində istehsalın stimullaşdırılması üçün münbit şərait yaradacaq. Son zamanlar aqrar sahədə Kənd Təsərüfatı Nazirliyinin xətti ilə çox ciddi işlər görülür”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin