Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnternet, sosial şəbəkələr ailə dəyərlərimizi sürətlə dağıdır - VİDEO

İnternet, sosial şəbəkələr ailə dəyərlərimizi sürətlə dağıdır - VİDEO

Tarix: 25 Oktyabr 2022 16:56

Ailə dəyərlərimiz arasında valideyn haqqı hər zaman ən ali yeri tutub. Ata-anaya hörmət məsələsində güzəşt bizim üçün qəbuledilməz olub. Ancaq son vaxtlar, təəssüflər olsun ki, bu məsələdə müəyyən ürəkağrıdan hallar yaşanır. Kimlərsə ata-anasını qocalar evinə yerləşdirir, yaşlı insanları doğma ailə mühitindən uzaqlaşdırır. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı da "Xəzər Xəbər"ə bu problemlərdən danışıb.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, internet və sosial şəbəkələr ailə dəyərlərimizi sürətlə dağıdır. Zədələnən dəyərlər arasında valideynə münasibət də var.

Millət vəkili Sabir Rüstəmxanlı deyir ki, ənənələrə bağlılıq olduqca vacibdir. Dəyərlər formasını dəyişsə də, mahiyyəti qorunub saxlanmalıdır. Bəzən isə yaşadığımız zaman və mühit dəyərlərin qorunmasına mane olur. Xüsusilə də sosial şəbəkələr və smartfonlar sanki dəyərləri dağıtmağa hesablanıb. Ancaq bununla belə, bəzən də elə şərait yaranır ki, insanlar ailə mühitindən uzaq düşürlər.

Bəzən çarəsizlik səbəb kimi göstərilsə də, valideyni doğma ailə mühitindən uzaqlaşdırmaq qəbuledilməzdir.

Zaman və şərait dəyişə bilər, ancaq bu, illərin sınağından çıxmış dəyərlərin itirilməsi ilə nəticələnməməlidir. Xüsusilə də əgər söhbət valideynlərdən gedirsə.


Etiketlər:  İnternet sosial şəbəkələr ailə dəyərlərimizi sürətlə dağıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ