Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 21:12
"Ermənistana girişimə qadağa qoyulmasını təhqir hesab edirəm. Bu, Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının Rusiyada keçiriləcək üçtərəfli görüşü fonunda tətbiq edilib".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistana girişinə qoyulan QADAĞA-ya münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, qərar onun dediyi sözlərin Ermənistana zərər vurması ilə əsaslandırılıb. Zatulin Ermənistan hakimiyyətinin qərarının onun "ermənipərəst fəaliyyətinə" təsir etməyəcəyini deyib və Ermənistan hakimiyyətinin Qarabağ ermənilərinə qarşı hərəkətlərini xəyanət adlandırıb.
Zatulin xatırladıb ki, o, hər zaman Ermənistanla münasibətlərin inkişafının tərəfdarı olub və vaxtilə Dövlət Dumasında "erməni soyqırımı"nın tanınmasının təşəbbüskarı olub. Deputat Ermənistan parlamentindən müvafiq nota aldığını bildirib. "Onlar mənim səfərimi arzuolunmaz adlandırdılar". Mən bunu Ermənistan hakimiyyətinin nümayəndələrinin də dəvət olunduğu "Lazarev Klubu"nun sessiyasını pozmaq cəhdi kimi qiymətləndirirəm".
Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistanı Rusiyanın müttəfiqindən Qərbin müttəfiqinə çevirməyə çalışır. Zatulin Rusiyanı öz vəzifələrini yerinə yetirməməkdə ittiham etmək cəhdini manipulyasiya adlandırıb və Qarabağda Rusiya sülhməramlılarının olduğunu xatırladıb.