Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 22:10
Təbriz traktor zavodunun işçiləri bu gündən tətilə başlayıblar.
İşçilərin bildirdiyinə görə, buna səbəb işçilərin əmək haqlarının artırılması, iş yerlərinin bölgüsü və məhsuldarlığının artırılması tələbi ilə bağlı şirkət rəhbərliyi tərəfindən verilən vədlərin yerinə yetirilməməsi və Əmək Şurasının yaradılması tələbidir.
Xatırladaq ki, keçən il "Təbriz Motorsazan Traktor" (traktor mühərriki) İstehsalat Şirkətinin işçiləri 9 gün tətil etmiş, işəgötürənin vədləri əsasında fəhlələr işə qayıtsalar da, zavod rəsmiləri heç bir vədinə əməl etməyib. Buna görə, onlar yenidən tətilə başlayıblar.