Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2022 20:30
"Sənət adamlarından çox sevgi etirafı almışam. Özü də bu etiraflar çox olub. Amma mən yalnız bir insanı seçmişdim".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Səhər mərkəzi" verilişində deyib.
Aktrisa mərhum həmkarı Xalq artisti Əjdər Həmidovun ona sevgi etirafından söz açıb:
"Özü də efirlərdə dəfələrlə etiraf edib ki, Nahidə teatra gələndə onu sevirdim, hətta qarşısında diz çöküb yalvarmışam. Bu, Əjdər Həmidov idi. O zaman Sumqayıt Teatrına yeni gəlmişdim. Bu hadisəni hər zaman gizlətmişəm. Bu söhbət öz aramızda olub. Özü efirdə məni sevdiyini etiraf edib. Onda dedim ki, Əjdər, səndə böyük ürək var".