Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qohumları uşağı yenidən ananın əlindən aldılar

Qohumları uşağı yenidən ananın əlindən aldılar

Tarix: 27 Oktyabr 2022 18:04

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, paytaxtda qohumlar dəfələrlə uşağı anadan oğurlayıblar.

"2022-ci il sentyabrın 5-də günorta saatlarında Moskva şəhərinin Şimal-Şərq inzibati rayonunda yerləşən ümumi təhsil müəssisəsində oxuyan 15 yaşlı yeniyetmə qohumu tərəfindən naməlum istiqamətə aparılıb.

Milli.Az bildirir ki, istintaqın məlumatına görə, daha əvvəl də analoji araşdırma aparılıb və uşaq 2022-ci ilin mayında anaya təhvil verilib. Bu dəfə də yeniyetmə axtarışa verilib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin "e" bəndi ("Yetkinlik yaşına çatmayan şəxsə qarşı adam oğurluğu") ilə cinayət işi başlanıb.

Yeniyetmə Moskva vilayətinin Puşino şəhərində tapılıb. Məlum olub ki, o, məhkəmə tərəfindən valideynlik hüququndan məhrum edilən atası və qohumları ilə birgə yaşayıb. İndi uşaq tam müayinə üçün tibb müəssisəsinə yerləşdirilib, bundan sonra o, anasına təhvil veriləcək. Ata və qohumları müstəntiqlər tərəfindən dindirilir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qohumları uşağı yenidən ananın əlindən aldılar


RƏYLƏR