Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 20:30
Bir müddət öncə Azərbaycan Milli Konservatoriyasında işə düzələn Əməkdar artist Babək Niftəliyev tələbələrdən gileylənib.
Sonxeber.net olay-a istinadən yazır ki, xanəndə bu barədə "Günün sədası" verilişinə qonaq olarkən danışıb.
Sənətçi tələbələrin bir çoxunun tənbəl olduğunu vurğulayıb.
"Bugünkü gündə tələbələrin çalışmağı məni qane etmir. Çünki mən özümdən götürürəm, çox çalışqan olmuşam. Bu gün də çalışıram ki, nələrsə axtarıb, tapım. Tələbələr bir az tənbəldir. İndi həm səslərimiz zəif gəlir, həm də çalışmaq istəmirlər. Tənbəllik... Kimisi TikToka daha çox üstünlük verir, kimisi instaqrama. Mən onlara bir söz deyirəm, ya bu sənətdə ol, ya olma... Elə səslərimiz var ki, kənarda qalıb, siz bu ali məktəbə qəbul olmusunuzsa, oxuyun, əziyyət çəkin. Elə uşaqlar var ki, onların yerini tutmusuz, onlar qəbul ola bilmirlər", - deyə, Niftəliyev qeyd edib.