Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Paşinyan odla oynayır"

Tarix: 28 Oktyabr 2022 23:34

Hazırkı Ermənistan hakimiyyəti odla oynayır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Lazarev klubu"nun bugünkü toplantısında Ermənistanın "Azadlıq" partiyasının sədri, keçmiş baş nazir Qrant Baqratyan deyib.

O bildirib ki, Ermənistanın ən zəif yeri onun iqtisadiyyatıdır:

"Mən təsəvvür belə etmirəm ki, qazın min kubmetri bizim üçün 1500 dollara qalxsa, başımıza nə gələcək (Qeyd edək ki, Rusiya Ermənistana qazı daxili qiymətlərlə verir - red.). Ancaq mən bir məsələyə diqqət çəkmək istəyirəm. Bir müddət öncə sosial sorğu keçirildi. 50% insan hansısa ölkəyə simpatiyasını göstərməkdən imtina edib. Digər nətcilərə belədir: 14% Rusiya, 12% ABŞ, 7% İran, 6% Fransa. Bir neçə il bundan əvvəl belə sorğularda Rusiya 60% toplayırdı. Bu gün vəziyyət budur".

O qeyd edib ki, gənclər bütün bunların nə ilə nəticələnəcəyini bilmir:

"Ermənistanda, ümumiyyətlə, az adam başa düşür ki, ən çətin şey müttəfiqlərlə münasibətləri saxlamaqdır. Görüntüdə bizim Rusiya ilə heç bir problemimiz yoxdur, amma bu belə deyil".

Milli.Az


Etiketlər:  Paşinyan odla oynayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ