Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 23:38
"İki gün ərzində ruslar Ukrayna ərazisinə hücum etmək üçün 30-dan çox drondan istifadə edib, onlardan 23-ü vurulub".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 27-də axşam saatlarında dərc olunmuş video-müraciətində danışıb.
Zelenskinin qaranlığa qərq olmuş Kiyevdə İran istehsalı olan "Şahed-136" pilotsuz uçuş aparatının yanında dayanması diqqətdən qaçmayıb. O, PUA-nı göstərərək deyib:
"Döyüşürük, daha da vuracağıq. Səmamızın gözətçilərinə təşəkkür edirəm. Mən bu "Şahed"in vurulmasında iştirak edən hər kəsə təşəkkür edirəm", - o əlavə edib.