Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 08:24
Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Malkolm adasında itlərini gəzdirən bir ailə maraqlı görüntülər ilə qarşılaşıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, ailə çimərlikdə gəzintidə olarkən sahildə ölmüş balina cəsədini görüblər.
Heyvanın içində toplanan qazlardan şişən meyitini müayinə edən mütəxəssislər balinanın partlaya biləcəyi və sahilin qana boyana biləcəyi barədə xəbərdarlıq ediblər.
Müayinələrdə heyvanın ölüm səbəbi ilə bağlı hər hansı bir səbəb tapılmayıb. Eyni zamanda xarici xəsarət əlamətlərinin də olmadığı bildirilib. Analoji halların əvvəllər də yaşandığını vurğulayan ekspertlər mümkün partlayışın ağır nəticələri barədə xəbərdarlıq ediblər.