Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hellouin şənliyində ölənlərdən 22-ci əcnəbidir

Hellouin şənliyində ölənlərdən 22-ci əcnəbidir

Tarix: 30 Oktyabr 2022 13:56

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzindəki İtxevon küçəsində oktyabrın 29-da axşam saatlarında Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda ölən əcnəbi vətəndaşların sayı 22 nəfərə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Daha əvvəl 19 əcnəbinin öldüyü barədə bildirilirdi. Bundan əvvəl polis izdiham nəticəsində ölən 151 nəfərdən 140-nın şəxsiyyətini müəyyənləşdirdiyini açıqlayıb.

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.

Milli.Az


Etiketlər:  Hellouin şənliyində ölənlərdən əcnəbidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ