Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon Ukraynaya verəcəyi yeni texnikaların vaxtını açıqlayıb

Pentaqon Ukraynaya verəcəyi yeni texnikaların vaxtını açıqlayıb

Tarix: 2 Noyabr 2022 21:36

ABŞ 2023-cü ilin ortalarınadək "Vampire" pilotsuz uçuş aparatları ilə radioelektron mübarizə (REM) sistemlərini Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) Qüvvələrinə verəcək.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder qurumun brifinqində bildirib.

"HHM sistemləri prioritet olaraq qalır. Bu, diqqətimizi yönəltməyə davam edəcəyimiz və mümkün qədər tez işləyəcəyimiz şeydir. "Vampire"ə gəlincə, onların istehsalı üçün müqavilə yaxın aylarda bağlanacaq, tədarükə isə 2023-cü ilin ortalarından başlanılacağını gözləyirik", - o deyib.

Milli.Az


Etiketlər:  Pentaqon Ukraynaya verəcəyi yeni texnikaların vaxtını açıqlayıb


RƏYLƏR