Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Marqarita Simonyana porno saytlar kömək edib

Marqarita Simonyana porno saytlar kömək edib

Tarix: 2 Noyabr 2022 23:14

Marqarita Simonyanın simasında "Russia Today" kanalı 7 iyul 2020-ci ildə Sobol, Navalnı və jurnalist Aksana Panovaya qarşı qaldırdığı "işgüzar nüfuzun qorunması üzrə" iddiasını geri götürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, iddiaya səbəb Lyubov Sobolun araşdırması olub. Jurnalist Simonyanın porno saytlar da daxil olmaqla, digər resursların köməyilə baxış və şərhlərin sayını artırdığını sübut edib.

Rusiya mətbuatında işıqlandırılmayan işin bağlanması Sobolun haqlı olduğu anlamına gəlir.

Qeyd edək ki, "Rossiya Seqodnya" və RT media qrupunun baş redaktoru Marqarita Simonyan RT-nin "YouTube" kanal şəbəkəsinin on milyard baxış sayına çatdığını, hətta CNN-i də qabaqladığını dedikdən sonra Sobol araşdırmaya başlayıb. O, sübut edib ki, baxış və aktivlik sayını yüksək göstərməklə Simonyan media qrupunun milyardlarla dollarlıq büdcəsini əsaslandırıb.

Milli.Az


Etiketlər:  Marqarita Simonyana porno saytlar kömək edib


RƏYLƏR