Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 17:56
İsveçrənin Lozanna Federal Texnologiya İnstitutunun alimləri bir hissəsi yeməli materialdan hazırlanan pilotsuz təyyarə hazırlayıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu tərtibat fövqəladə vəziyyətdə insanların həyatını xilas etmək üçün nəzərdə tutulub - əlavə kalorilər onlara xilasediciləri gözləməyə kömək edə bilər.
Məlumata görə, dronun yeməli olan hissəsi qanadlarıdır - onlar düyü unundan hazırlanır və peçenyelərə bənzəyir. Onlar uçuş zamanı zədələnməmələri üçün folqa ilə sarınır.