Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cinayətdən 42 il sonra həbs edildi

Cinayətdən 42 il sonra həbs edildi

Tarix: 3 Noyabr 2022 19:26

ABŞ-da polis 42 il cəzasız qalan qadının qatilini həbs edib.

Milli.Az bildirir ki, DNT testi sayəsində üzə çıxan cinayətlə bağlı KVVU-TV xəbər verir.

Nevada ştatının, Las Vegas şəhərinin sakini Sandra Difelis 26 dekabr 1980-ci ildə Şərqi Bonanza yolu keçəsində evində zorlanaraq öldürülüb. Polisin əlində bir neçə şübhəli və bir sıra dəlillər olub, lakin həmin vaxt cinayətkarı tapa bilməyiblər.

İstintaq yalnız 2021-ci ilin fevralında, öldürülən qadının qızı Las-Veqas polisinə zəng edərək müstəntiqlərin hər hansı yeniliyin olub-olmadığını soruşduqda irəliləyib. Cinayət işini yenidən araşdıran detektivlər Difelisin dırnaqları altında bioloji materialın tapıldığına diqqət çəkiblər.

Onlar DNT testi keçiriblər və Las-Veqasda yaşayan Pol Nuttallın izinə düşüblər. Həmin şəxs istintaqın ilkin mərhələsində "istintaq üçün maraqlı ola biləcək şəxs" kimi işdə olub. Onun barmaq izi Difelis mənzilində tapılıb, lakin 1980-ci ildə şahidlərlə söhbət etdikdən sonra müstəntiqlər onun orada necə görünə biləcəyi ilə bağlı izahat tapıblar.

Las Veqas polis leytenantı Ceyson Yohanson, "Çox güman ki, Nuttall Difelislə yaxın dost deyildi, lakin onun otaq yoldaşını tanıyırdı və ola bilsin ki, onunla qısa müddət ərzində tanış olub" deyib.

64 yaşlı Pol Nuttall hazırda girov haqqı tanınmadan Klark dairəsindəki təcridxanadadır. O, oğurluq, zorlama və adam öldürmə maddələri ilə ittiham olunub. Həmin şəxs tezliklə məhkəmə qarşısına çıxacaq.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Cinayətdən sonra həbs edildi


RƏYLƏR