Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 22:10
Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmaq üçün əvvəllər əldə edilmiş razılaşmaların şərtlərini yerinə yetirdiyinə inanmır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Türkiyə hər zaman NATO-nun genişlənməsi və güclənməsinin tərəfdarıdır. Biz NATO-ya yeni üzvlərin qəbulu prosesini ləngitmirik. Finlandiya və İsveç embarqonu ləğv edib, qanunvericiliyə dəyişiklik edib, lakin bu, kifayət deyil", - türkiyəli nazir bildirib.
Onun sözlərinə görə, Finlandiya ilə NATO-ya qəbulla bağlı heç bir xüsusi məsələ yoxdur, lakin İsveç Madrid Memorandumundan irəli gələn bütün öhdəliklərini yerinə yetirməlidir.