Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 13:32
Cari mövsümün əvvəlində İkardi, Mata, Mertens, Oliveyra, Torreyra kimi ulduzların transferi ilə səs salan "Qalatasaray" daha bir məşhur oyunçunu heyətinə qatmağı planlaşdırır.
Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, "Cim-Bom" "Real"ın hücumçusu Eden Hazardı transfer etməyi planlaşdırır. Bu barədə İspaniyanın "AS" və "Marca" nəşrləri məlumat yayıb.
Türkiyə təmsilçisinin 31 yaşlı forvardla maraqlandığı, cari mövsümün sonunda icarə əsasında heyətinə qatacağı bildirilir. "Qalatasaray" İkardi keçidində olduğu kimi Edenin maaşının bir hissəsini ödəyəcək.
"Kral klubu" da 2024-cü ildə müqaviləsinin müddəti başa çatacaq Hazardla vidalaşmaq niyyətindədir.