Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrina Şeyk və Bredli Kuper Nyu-York küçələrində - FOTO

İrina Şeyk və Bredli Kuper Nyu-York küçələrində - FOTO

Tarix: 10 Noyabr 2022 19:28

İllər əvvəl ayrılan məşhur amerikalı aktyor Bredli Kuperlə rusiyalı model İrina Şeyk yenidən sevgili olublar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cütlük aktyorun "A Star Is Born" serialındakı rol yoldaşı Ledi Qaqa ilə münasibətdə olması ilə bağlı iddialara görə ayrılıb.

Avqust ayında birlikdə tətilə çıxan cütlüyün yenidən eşq yaşadığı iddia edilir.

Bu iddiaları cavabsız qoyan məşhurlar ötən gün ABŞ-nin Nyu-York şəhərinin küçələrində görüntülənib.

Cütlüyün səmimi görüntüləri onların yenidən birlikdə olması barədə xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Leya adlı qızları olan Kuper və Şeyk 2019-cu ilin iyun ayında dörd illik münasibətlərdən sonra ayrıldıqlarını elan ediblər. Bununla belə, cütlük uşağın böyüməsində bərabər rol oynayacaqları barədə razılığa gəliblər.

Milli.Az


Etiketlər:  İrina Şeyk Bredli Kuper Nyu York küçələrində FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ