Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2022 17:46
Yaponiyanın "Mazda Motor" avtomobil korporasiyası Rusiyadakı fəaliyyətini dayandırır və Vladivostokdakı müştərək müəssisəndəki payını "Sollers Auto" şirkətinə vermək niyyətindədir.
Məlumata görə, müvafiq müqavilə oktyabrın 24-də imzalanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, əməliyyatın məbləği simvolik olaraq 1 avro təyin edilib.
Qeyd edək ki, "Mazda" 2012-ci ildə "Sollers" ilə birgə Vladivostokda avtomobil istehsalı müəssisəsi açıb.