Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2022 21:38
Xerson şəhəri Ukrayna ordusunun nəzarətinə qayıdandan sonra Rusiya Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bəyanatda vurğulanıb ki, Dnepr çayının sağ sahilində Rusiya ordusuna aid heç bir hərbi texnika və silah qalmayıb:
"30 mindən çox rus əsgəri, 5 minə yaxın silah və hərbi texnika Xerson istiqamətindən Dnepr çayının sol sahilinə çıxarılıb".
Hazırda Dnepr çayının sağ sahilində cəmləşən Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrinin və texniki maşınlarının atəşə tutulduğu bildirilən bəyanatda aşağıdakı məlumatlar yer alıb:
"Rusiyanın hava hücumundan müdafiə sistemləri və elektron döyüş sistemləri raket hücumu cəhdlərini dəf edib. ABŞ istehsalı olan "HIMARS" sisteminin 33 raketi ələ keçirilib. İki gün ərzində Ukrayna qoşunlarının irəliləməsi 10 kilometri keçməyib. Ukrayna bölmələri Dnepr çayına hücum etsələr də, keçid bölgəsindən 30-40 kilometr aralıda dayandırılıb".
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Xerson şəhərinin Ukrayna ordusunun nəzarətinə qayıtdığını və Ukrayna Silahlı Qüvvələrinin bölmələri şəhərə daxil olduğunu açıqlayıb.