Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 16:21
"Cənab Prezident İlham Əliyevin 8 noyabrda Şuşa da olan çıxışı tarixi zəfər çıxışıdır. Onu da vurğulamaq istəyirəm ki, cənab Prezident çıxışını ölkəmizin güc strukturlarının qarşısında döyüş forması ilə edib. Cənab Prezident bununla da Azərbaycanın düşmənlərinə çox güclü mesajlar göndərir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib:
Onun sözlərinə görə, biz hər zaman öz torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmışıq. Cənab Prezident də çıxışı zamanı bildirdi ki, Ermənistan məğlubiyyətin nə olduğunu anladı, itki verməyin nə olduğunu anladı. Azərbaycana qarşı yenidən təxribatlar olarsa bu səfər xalqımız öz əzəli torpaqlarını tamamilə geri qaytaracaq. Bildiyiniz kimi "Minsk Qrupu"-nun bir üzvü ermənilərə hər zaman havadarlıq edən Fransa idi. Bu 28 il ərzində "Minsk Qrupu" heç nə etmədi. Turist kimi gəldilər və getdilər, guya Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll edirlər. Lakin biz bunun tam əksini müşahidə etdik. Fransa 28 il ərzində Ermənistanın yanında oldu, onlara arxa oldu. Neytral mövqe tutmalı olduğu halda Fransa həmişə Ermənistanın mövqeyini müdafiə etdi və bu prosesləri uzatmağa çalışdı. Eyni zamanda Fransanın hazırki prezidenti Emanuel Makron dəfələrlə 44 günlük müharibə zaman Ölkə Başçımıza zəng edərək müharibəni dayandırmağı söylədi və ölkəmizi dəfələrlə günahlandırdı. Makron Brukseldeki görüşündə özünü soxaraq görüşdə Şan Mişel ilə birlikdə iştirak etdi. Bu görüşdən sonra Makron Fransız mətbuatına verdiyi müsahibədə Azərbaycanı günahlandıraraq, təcavüzkar ölkə adlandırdı. Makron daha sonra bildirdi ki, biz Ermənistanı hər zaman dəstəkləyəcəyik, onların hər zaman yanında olacağıq. Prezident həm də Ermənistanın Fransanın "bacısı" olduğunu dedi. Bəli, bunu çox gözəl vurğulayıb ki, Ermənistan xalqı ilə fansız xalqı qədim peşənin sahibləridirlər. Bu sahədə doğurdan da onlar "bacı"dırlar və onlara tay yoxdurlar. Ancaq biz güclü ordumuzla torpaqlarımızı erməni işğalçılarından azad etdik və bundan sonrada ərazi bütövlüyümüzün uğrunda lazım gələn hər şeyi edəcəyik".