Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2022 12:45
"Yüksəliş" müsabiqəsinin qalibi Tural Feyzullayevə Prezident Administrasiyasında vəzifə verilib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, qurumun Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub.
Qeyd edək ki, T.Feyzullayev Dövlət İdarəçilik Akademiyasını bitirib, daha sonra təhsilini Fransanın Tuluz Universitetində davam etdirib. O, müxtəlif illərdə Mərkəzi Bankda, Maliyyə Bazarlarına Nəzarət Palatasında aparıcı vəzifələrdə çalışıb. 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib, 2021-ci ildə birinci "Yüksəliş" müsabiqəsinin qalibi olub.