Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zabratın küçələrinin gölməçələri sakinləri təngə gətirib - VİDEO

Zabratın küçələrinin gölməçələri sakinləri təngə gətirib - VİDEO

Tarix: 17 Noyabr 2022 17:46

Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Kərpic zavod adalanan ərazidə kanalizasiya xətlərinin oklmaması çətin vəziyyət yaradıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, xüsusən yağış yağan kimi qəsəbədə həyat iflic olur, piyada və avtomobillərin hərəkəti çox çətinləşir.

Cəlal Qaryağdı küçəsinin sakinləri sanki asfalt örtüyünün, kanalizasiya sisteminin kəşf olunmadığı dövrdəymiş kimi yaşayırlar.

Zabrat 2 qəsəbəsində də eyni vəziyyət hökm sürür.

Problemlə bağlı ''Azərsu"  ASC-dən bildirilib ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu qurulmayıb. Sakinlər fərdi qaydada primitiv şəbəkə yaradıblar. Bu səbəbdən də yağışlı hava onlara çox ciddi problem yaradır. Lakin Abşeron yarımadasında kanalizasiya infrastrukturunun yaradılması üçün master plan hazırlanıb və buna əsasən hər bir yaşayış məntəqəsində, eləcə də Zabratda bu sistemlərin qurulması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Zabratın küçələrinin gölməçələri sakinləri təngə gətirib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ