Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2022 17:00
Əməkdar artist Cavanşir Məmmədov adını açıqlamadığı 94 yaşlı Əməkdar artistin şəxsi həyatı ilə bağlı etiraf edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni həmin musiqiçinin xanımına xəyanət etdiyini deyib. Bu haqda "Elgizlə izlə" proqramında danışan Məmmədov həmin şəxsə haqq qazandırıb:
"İndi həmin Əməkdar artistin 94 yaşı var, tar ifaçısıdır. Soruşdum ki, sevgilin olub? Cavab verdi ki, olub. Deyirdi, xanımın yoldaşı rəhmətə getmişdi, bazarda tanış olduq. Soruşuram ki, necə görüşürdünüz? Deyir, ailəli idim, bir-birimizi sevirdik, ancaq evə zəng vura bilməzdi. Bir-birimizi sevirdik, bazarın yanında bir məktəb var idi. Gəlirdim, orada yazırdım ki, gələn həftə filan yerdə görüşürük. Hər adam ağıllı sevgi ilə sevə bilmir. Ağıllı sevgidir ki, xanımına bildirməyib".
Onun sözlərinə əsəbiləşən aparıcı Elgiz Əkbər "Eyibdir. Abırsızlar... Yaşından utanmırsan, həyat yoldaşı olan kişiylə görüşürsən. Yaşından utansın. Onların sevgisi başlarına dəysin. Elə bir hərəkət tərbiyəsizlikdir. 60 yaşında kişini 50 yaşlı qadın göz-qaş edib yoldan çıxardıb" cavabını verib.