Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Udma aktı və pozulmaları

Udma aktı və pozulmaları

Tarix: 20 Noyabr 2022 07:33

Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir:
- iradi faza
- reflektor faza.
Üçlü, dilaltı, azan və dil-udlaq sinirlərinin mərkəzi və periferik zədələnmləri udma aktının pozulmasına səbəb olur. Bunlar udma aktının iradi xəstəlikləri sayılır:
- dil əzələlərinin parezi
- bəzi psixi xəstəliklər
- sərt damağın anadangəlmə və qazanılma qüsurları
- yumuşaq damağın anadangəlmə və qazanılma qüsurları
- angina
- udlağın selikli qişasının xəstəlikləri (şiş, iltihab).
Ağız boşluğunun bəzi iltihabı xəstəlikləri də udma aktımım müvəqqəti pozulmasına səbəb olan xəstəliklərdən sayılır.
Udma aktının qeyri-iradi mərhələsi əzələlərin peristaltikası sayəsində həyata keçir. Bu proses qida borusu əzələlərinin iflici və ya spazmı nəticəsində pozula bilər. Bu tetanus, quduzluq, histeriya və s. xəstəlikləri zamanı baş verir.
Kliniki şəraitdə qida borusunun daralmaları zamanı udma aktının pozulmasına daha çox rast gəlinir. Termiki və kimyəvi yaralanmalardan sonra da əmələ gələn çapıqlar və şişlər də udma aktının pozulmasına səbəb olan amillərdən hesab edilir.


Etiketlər:  Udma aktı pozulmaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ