Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2019 20:04
Bakı. Trend:
Türkiyədəki ABŞ səfirinin müavini diplomatik nümayəndəliyin "Twitter"dəki hərəkətləri ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend-in məlumatına görə, ona səfirliyin sosial şəbəkələrdə dünənki mesajı ilə bağlı izahat verməsi təklif olunub.
Bildirilir ki, oktyabrın 5-də ABŞ-ın Ankaradakı səfirliyi Türk Milli Hərəkat Partiyasının lideri Dövlət Baxçelinin istefasına çağıran tvitini bəyənib.
Diplomatik nümayəndəlik baş verəni yanlışlıq adlandıraraq üzr istəyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin