Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 13:00
İspaniya millisi Qətərdə keçirilən dünya çempionatındakı ilk oyununa itkilərlə çıxa bilər.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, buna səbəb futbolçuların səhhətində problem yaranmasıdır.
"Buğalar"ın 7 oyunçusu kondisionerdən istifadəyə görə soyuqlayıb. Xəstələnənlər arasında komandanın son məşqini başa vura bilməyən hücumçu Alvaro Morata da var.
Qeyd edək ki, İspaniya millisi ilk matçını noyabrın 23-də Kosta-Rikaya qarşı keçirəcək.